Muhtesem3lu - Copyright 2025
Sizin sualınız varsa, bizim də cavabımız var
TR-YÖS imtahanı nədir?
Türkiyədəki universitetlərdə təhsil almaq istəyən xarici tələbələrin girə biləcəyi və bu imtahan nəticələrini universitet müraciətlərində istifadə edə biləcəyi bir imtahandır.
TR-YÖS imtahanı hansı fənnlər üzrə keçirilir?
TR-YÖS imtahanı 30 Cəbr(matematik), 10 həndəsə(geometri), 40 İQ(mantık) sualı olmaqla toplam 80 sualla 100dq ərzində keçirilir.
TR-YÖS imtahanı ilə hansı ixtisaslarda təhsil ala bilərəm?
Bu imtahanla xarici tələbələr tibb, diş həkimliyi, mühəndislik, hüquq, əczaçılıq, psixologiya,müəllimlik, incəsənət və bir çox ixtisaslarda təhsil ala bilərlər.
Attestat balı ilə qəbul və TR-YÖS balı ilə qəbul arasındakı fərq nədir?
Attestatla istədiyiniz universitetdən qəbul ala bilməzsiniz, TR-YÖS balı ilə isə Türkiyədə istədiyiniz Dövlət və özəl universitetlərindən balınıza uyğun fakültəyə qəbul ala bilərsiniz.
Tibb, diş fakültələrinə qəbul üçün hal hazırda SAT balıyla yoxsa TR-YÖS balıyla rahat qəbul ala bilərəm?
Artıq son zamanlarda böyük universitetlərin əksəriyyəti tibb, diş və mühəndislik ixtisaslarına SAT ilə qəbulları dayandırmış və TR-YÖS nəticələri ilə qəbul almağa başlamışdır. Ona görə indiki dövrdə TR-YÖS balı ilə daha rahat qəbul ola bilərsiniz.